Ana Sayfa > Karusel / İdman > Bu gün Tokio paralimpiadasının açılış mərasimi keçiriləcək
Bu gün Tokio paralimpiadasının açılış mərasimi keçiriləcək24-08-2021, 08:45. Yazar: Admin |
Bu gün Yaponiyanın paytaxtı Tokioda Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Qarabaginfo.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Koronavirus pandemiyası səbəbindən ötən il təxirə salınmış Oyunlar sayca XVI olacaq. Tokio paralimpiadası mövcud vəziyyətlə əlaqədar ilk dəfə azarkeşsiz keçiriləcək. Yarışda 22 idman növü üzrə ümumilikdə 4 bin 400 idmançı mübarizə aparacaq. Paralimpiada bu gün keçiriləcək qolbol, üzgüçülük, stolüstü tennis, qılıncoynatma, basketbol, velosiped və reqbi yarışları start götürəcək. Azərbaycan paralimpiyaçıları Tokio-2020-ə 36 lisenziya qazansalar da, paracüdoçu Ramil Qasımov koronavirusa yoluxduğu üçün yarışdan kənarlaşdırılıb. Bu səbəbdən komandanın bayraqdarı da dəyişdirilib. Qasımovla yaxın təmasda olduğu üçün karantinə alınan digər paracüdoçu İlham Zəkiyevi para-atlet Oloxan Musayev əvəzləyib. Beləliklə, ölkəni Oyunlarda 35 idmançı təmsil edəcək. Bu, ötən paralimpiadalarla müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 10-u paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir. 1. Pərvin Məmmədov (Pauerliftinq - 49 kq) 2. Elşən Hüseynov (Pauerliftinq - 107 kq) 3. Şamo Aslanov (Pauerliftinq - +107 kq) 4. Nurlan Babacanov (Pauerliftinq - 97 kq) 5. Roman Saley (Üzgüçülük - 100 metr məsafəyə arxası üstə üzmə, 50 metr məsafəyə sərbəst üsulla üzmə, 100 metr məsafəyə sərbəst üsulla üzmə, 100 metr məsafəyə baterflay üsulu ilə üzmə) 6. Vəli İsrafilov (Üzgüçülük - 100 metr məsafəyə baterflay üsulu ilə üzmə, 100 metr məsafəyə brass üsulu ilə üzmə) 7. Dana Şandıbina (Üzgüçülük - 100 metr məsafəyə brass üsulu ilə üzmə) 8. Şəhanə Hacıyeva (Cüdo - 48 kq) 9. Bəsti Səfərova (Cüdo - 52 kq) 10. Vüqar Şirinli (Cüdo - 60 kq) 11. Namiq Abbaslı (Cüdo - 66 kq) 12. Sevda Vəliyeva (Cüdo - 57 kq) 13. Xanım Hüseynova (Cüdo - 63 kq) 14. Hüseyn Rəhimli (Cüdo - 81 kq) 15. Dürsədəf Kərimova (Cüdo - +70 kq) 16. Kənan Abdullaxanlı (Cüdo - 100 kq) 17. İlham Zəkiyev (Cüdo - +100 kq) 18. Oloxan Musayev - (Atletika - nüvə itələmə, disk atma) 19. Elvin Astanov - (Atletika - nüvə itələmə) 20. Həmid Heydəri (Atletika - nizə atma) 21. Orxan Qasımov (Atletika - nizə atma) 22. Samir Nəbiyev - (Atletika - nüvə itələmə) 23. Elmir Cəbrayılov - (Atletika - 100 metr məsafəyə qaçış, 400 metr məsafəyə qaçış) 24. Səid Nəcəfzadə (Atletika - uzunluğa tullanma) 25. Kamil Əliyev (Atletika - uzunluğa tullanma) 26. Yelena Çebanu (Atletika - 100 metr məsafəyə qaçış) 27. Yuliya Yanovskaya (Atletika - 100 metr məsafəyə qaçış, 400 metr məsafəyə qaçış) 28. Lamiyə Vəliyeva (Atletika - 100 metr məsafəyə qaçış, 400 metr məsafəyə qaçış) 29. Orxan Aslanov - (Atletika - uzunluğa tullanma) 30. Yelena Taranova (Güllə atıcılığı - 10 metr məsafəyə atma, 25 metr məsafəyə atma, 50 metr məsafəyə atma) 31. Kamran Zeynalov (Güllə atıcılığı - 10 metr məsafəyə atma, 50 metr məsafəyə atma) 32. Röyalə Fətəliyeva (Taekvondo - 49 kq) 33. İmaməddin Xəlilov (Taekvondo - 61 kq) 34. Əbülfəz Abuzərli (Taekvondo - 75 kq) 35. Aynur Məmmədova (Taekvondo - +58 kq) Yarışda Azərbaycan təmsilçiləri arasında ən tez (26 avqust) pauerliftinqçi Pərvin Məmmədov (49 kq) mübarizəyə başlayacaq. Para-üzgüçü Roman Saley dörd növdə, güllə atıcısı Yelena Taranova isə üç növdə qüvvəsini sınayacaq. Qeyd edək ki, Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.(Report) Geri dön |