Ana Sayfa > Karusel / Sosial > 200-dən çox siqaret gətirən vergi ödəyəcək

200-dən çox siqaret gətirən vergi ödəyəcək


29-06-2018, 14:18. Yazar: Admin

 

200-dən çox siqaret gətirən vergi ödəyəcək

 

Azərbaycanda fərdi istehlak üçün ölkəyə gətirilən aksiz vergisindən azad alkoqollu içkinin və siqaretin həcmi azaldılır. 

"Qarabaginfo" “Qafqazinfo.az”a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazirin sözlərinə görə, bu, Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, fiziki şəxsin fərdi istehlakı üçün ölkəyə gətirdiyi 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret aksiz vergisindən azaddır. 

Mövcud qanunvericiliyə görə, fiziki şəxslər idxal olunan 3 litr alkoqollu içki, 600 ədəd siqaretə görə aksizdən azad idilər. Dəyişikliklə əlaqədar Vergi Məcəlləsinə 194.1.2-ci maddə əlavə edilir. Yeni maddəyə görə, aksiz markasının verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.


Geri dön