Ana Sayfa > Karusel / Siyasət > Hulusi Akar Türkiyə hərbçilərinin Əfqanıstandakı fəaliyyətilə bağlı iclas keçirib

Hulusi Akar Türkiyə hərbçilərinin Əfqanıstandakı fəaliyyətilə bağlı iclas keçirib


23-08-2021, 20:47. Yazar: Admin

 

Hulusi Akar Türkiyə hərbçilərinin Əfqanıstandakı fəaliyyətilə bağlı iclas keçirib

 

Türkiyə hərbi qüvvələrinin Əfqanıstandakı fəaliyyətilə bağlı Türkiyənin müdafiə naziri Hulusi Akarın rəhbərliyilə iclas keçirilib.

Qarabaginfo.az-ın Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbərinə görə, tədbir telekonfrans yolu ilə baş tutub.

Türkiyənin Kabildəki səfiri Cihad Erginay və Əfqanıstan Türk İş Qüvvələri Komandirinin iştirak etdiyi iclasda Həmid Karzai Beynəlxalq Hava Limanındakı fəaliyyətlər və ölkədəki son vəziyyət haqqında danışılıb.

Prosesi yaxından izlədiklərini ifadə edən Hulusi Akar, Əfqanıstan mövzusunda görüləcək işlərlə əlaqədar təlimat verib.(Apa)


Geri dön