Ana Sayfa > Karusel / Region > Ermənistanda polislərə hücum etmiş 7 nəfərə ittiham irəli sürülüb

Ermənistanda polislərə hücum etmiş 7 nəfərə ittiham irəli sürülüb


23-08-2021, 17:49. Yazar: Admin

Ermənistan xarici borc tələsinə düşüb | Report.az

Ermənistanda polislərə hücum etmiş 7 vətəndaşa qarşı ittiham irəli sürülüb.

Qarabaginfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, 14 avqustda baş vermiş insident zamanı polislərə hücum etmiş 7 nəfərə xuliqanlıq, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə və digər maddələr üzrə ittiham irəli sürülüb.

Onlardan 4 nəfəri təqsirli bilinərək həbs edilib, 3 nəfərdən isə heç yerə getməmək barədə iltizam alınıb və hazırda istintaq davam etdirilir.

Qeyd edək ki, 14 avqustda Dağ Borçalısı bölgəsində “Ford” markalı avtomobil qəzaya uğrayıb, nəticədə 2 nəfər ölüb. Yerli sakinlər qəzanın polis əməkdaşlarına görə baş verdiyini iddia ediblər və əraziyə toplaşıblar. Polislə vətəndaşlar arasında qarşıdurma və toqquşma yaranıb. Bir qrup sakin polis əməkdaşlarına hücum edib. Polis isə iddiaları təkzib edib.(Report)


Geri dön