Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından, Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.
Azərbaycan Dəmir Yolları”dan "Qarabaginfo"ya verilən məlumata görə, Bakı-Sumqayıt avtomobil yolunda aparılan təmir işləri başa çatana kimi, iyunun 28-dən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşulacaq.