Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azad olunan ərazilərdə daha 112 mina aşkarlanıb
Ana Sayfa > Karusel / Gündəm > Azad olunan ərazilərdə daha 112 mina aşkarlanıb

Azad olunan ərazilərdə daha 112 mina aşkarlanıb


23-08-2021, 15:42. Yazar: Admin

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Qarabaginfo.az-a verilən məlumata görə, avqustun 16-dan 21-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 110, tank əleyhinə 2 mina və 54 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 147 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Geri dön