Ana Sayfa > Karusel / Gündəm > 11 yaşlı uşağı anasının tanışı döyərək öldürüb - Rəsmi
11 yaşlı uşağı anasının tanışı döyərək öldürüb - Rəsmi23-08-2021, 15:06. Yazar: Admin |
Goranboy rayon prokurorluğu 11 yaşlı uşağın qətli ilə bağlı məlumat yayıb. Qarabaginfo.az-a verilən məlumata görə, azyaşlı 2010-cu il təvəllüdlü Nurlan Məmmədovun (ad şərtidir) itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy rayon Polis şöbəsində araşdırma aparılıb. İstintaq-əməliyat tədbirləri ilə müəyyən edilib ki, Nurlan Məmmədov anasının tanışı İkram Hüseynov (ad şərtidir) tərəfindən avqustun 13-ü döyülüb, avqustun 15-də isə aldığı xəsarətlərdən ölüb. Hazırda faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İkram Hüseynov şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam etdirilir. Geri dön |