Ana Sayfa > Karusel / Siyasət > Müdafiə nazirinin müavini Nizam Osmanov Moskvada səfərdədir

Müdafiə nazirinin müavini Nizam Osmanov Moskvada səfərdədir


23-08-2021, 14:05. Yazar: Admin

 

Müdafiə nazirinin müavini Nizam Osmanov Moskvada səfərdədir

 

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu", İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edir.


Geri dön