Ana Sayfa > Karusel / Kriminal > Sumqayıtda mənzildə kişi meyiti tapıldı

Sumqayıtda mənzildə kişi meyiti tapıldı


23-08-2021, 12:14. Yazar: Admin

Sumqayıtda mənzildə kişi meyiti tapıldı

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Qarabaginfo.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Piriyev Əliqiyas Qiyas oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

 


Geri dön