"Qarabaginfo" "FED.az"a istinadən xəbər verir ki, bu «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanunda nəzərdə tutulub.
Amma rəsmi rəqəmlər göstərir ki, hələ də əksər şirkətlər və sahibkarlar öz əməkdaşlarını sığortalamayıblar. Müşahidələr göstərir ki, bunun əsas səbəbi sahibkarların bu sığorta haqqında məlumatsızlığı, eləcə də sığorta haqlarının məbləğindən xəbərsiz olmasıdır.
Bunu nəzərə alaraq, eləcə də iş adamlarının və kiçik biznesin sığorta sahəsində məlumatını artırmaq məqsədilə FED.az «Qala Həyat» Sığorta şirkəti ilə birlikdə ən çox yayılan peşələr üzrə illik sığorta haqlarını təqdim edir.
Xatırladaq ki, sığorta haqqının məbləği işçilərin çalışdığı sahədən, işin xarakterindən və aylıq əmək haqqının məbləğindən asılıdır. İş yeri nə qədər riskli olarsa və maaş nə qədər yüksək olarsa, sığorta haqqı da o qədər artır. Beləliklə,
Sex işçiləri – 67-134 manat
«Qala Həyat» sığorta şirkətinin hesablamalarına görə, plastik qapı-pəncərə sexində işləyən və aylıq maaşı 800 manat olan ustanın illik sığorta haqqı 134,4 manat təşkil edəcək. Bu, ayda cəmi 11,2 manat edir. Həmin sexdə 400 manatlıq maaşla fəhlə işləyənlərin sığoptası isə sahibkara ildə 67,2 manata və ya ayda cəmi 5,6 manata başa gələcək.
Sığorta olunanın vəzifəsi (statusu)
|
kateqoriyası (fəhlə və ya qulluqçu)
|
aylıqəməkhaqqı (manatla)
|
Sığorta haqqı (manatla)
|
Plastik qapı-pəncərə sexində işləyən usta
|
fəhlə
|
800,00
|
134,40
|
Plastik qapı-pəncərə sexində işləyən fəhlə
|
fəhlə
|
400,00
|
67,20
|
Sürücülər – 90-126 manat
Hesablamaya görə, ən geniş yayılan sürücü kateqoriyası olan taksi sürücülərinin illik sığortalanması cəmi 90 manata və ya ayda 7,5 manata başa gələcək (aylıq maaşı 500 manata olarsa). Eyni maaşı olan yük maşını sürücülərinin də sığortası həmin məbləğə başa gələcək. Təqribən 700 manat maaş alan avtobus sürücülərinin isə illik sığortası 126 manat və ya ayda 10,5 manatdır.
Sığorta olunanın vəzifəsi (statusu)
|
kateqoriyası (fəhlə və ya qulluqçu)
|
aylıq əmək haqqı (manatla)
|
Sığorta haqqı (manatla)
|
Taksi sürücüsü
|
fəhlə
|
500,00
|
90,00
|
Yük maşını sür
|
fəhlə
|
500,00
|
90,00
|
Avtobus sürücüsü
|
fəhlə
|
700,00
|
126,00
|
Kənd təsərrüfatında çalışanlar – 38-48 manat
Kənd təsərrüfaftı o qədər də riskli sahə sayılmır. Ona görə də, burada sığorta haqları da aşağıdır. Nəticədə heyvandarlıq sahəsində çalışan və aylıq maaşı 500 manat olan fəhlənin illik sığorta haqqı cəmi 48 manat (ayda 4 manağ), barama sexində çalışanların maaşı isə 38 manat (3,2 manat) təşkil edəcək.
Sığorta olunanın vəzifəsi (statusu)
|
kateqoriyası (fəhlə və ya qulluqçu)
|
aylıqəməkhaqqı (manatla)
|
Sığorta haqqı (manatla)
|
Heyvandarlıq təsərrüfatında çalışanlar
|
fəhlə
|
500,00
|
48,00
|
Barama sexində işləyənlər
|
fəhlə
|
400,00
|
38,40
|
Tikintidə işləyənlər – 96-168 manat
Ən riskli sahələrdən biri tikintidir. Müşahidələr və rəsmi məlumatlar da göstərir ki, ən çox bədbəxt hadisələr bu sahədə qeydə alınır. Ona görə də burada sığorta haqları başqa sahələrlə müqayisədə daha yüksəkdir. Belə ki, «Qala Həyat» sığorta şirkətinin hesablamalarına görə, «novostroyka»da işləyən və aylıq maaşı 400 manat olan fəhlənin sığortası 96 manata (ayda 8 manat), maaşı 700 manat olan ustanın illik sığortası 168 manata (ayda 14 manat), maaşı 600 manat olan krançının sığortası isə 144 manata (ayda 12 manat) başa gəlir. Eyni məbləğlər fərdi ev tikintisində çalışanlara da aiddir.
Sığorta olunanın vəzifəsi (statusu)
|
kateqoriyası (fəhlə və ya qulluqçu)
|
aylıqəməkhaqqı (manatla)
|
Sığorta haqqı (manatla)
|
Hündürmərtəbəli binaların tikintisində işləyən fəhlə
|
fəhlə
|
400,00
|
96,00
|
Hündürmərtəbəli binaların tikintisində işləyən usta
|
fəhlə
|
700,00
|
168,00
|
Hündürmərtəbəli binaların tikintisində işləyən krançı
|
fəhlə
|
600,00
|
144,00
|
Fərdi ev tikintisi ilə məşğul olan ustalar
|
fəhlə
|
600,00
|
144,00
|
Fərdi ev tikintisi ilə məşğul olan fə
|
fəhlə
|
400,00
|
96,00
|
Ofis işçiləri - 12-14 manat
Ən risqsiz təbəqənin ofis işçiləri olduğunu bilirik, bunu sığopta qanunvericiliyi və hökumət də bilir. Ona görə də, ofis işçiləri üçün sığorta haqları da aşağıdır. Belə ki, ofisdə işləyən və aylıq maaşı 600 manat olan mühasibin illik sığorta haqqı 14,4 manat (ayda 1,2 manat), adi ofis işçisinin illik sığortası isə 12 manat (ayda cəmi 1 manat – qəpik-quruş) təşkil edir.
Sığorta olunanın vəzifəsi (statusu)
|
kateqoriyası (fəhlə və ya qulluqçu)
|
aylıqəməkhaqqı (manatla)
|
Sığorta haqqı (manatla)
|
Mühasiblər
|
Qulluqçu
|
600,00
|
14,40
|
Ofis işçiləri (maliyyə)
|
Qulluqçu
|
500,00
|
12,00
|
Boya sexi və avtoservislər – 96-134 manat
Ən riskli sahələrdən biri də kimyəvi istehsalat və avtomobillərin təmiridir. Mürəkkəb texniki avadanlıq və fiziki işin üstünlük təşkil etdiyi bu sahələrdə işçilərin xəsarət alması ehtimalı da yüksəkdir. Ona görə də sığorta haqları burada daha artıqdır. Belə ki, «Qala Həyat» sığorta şirkətinin hesablamalarına görə, boya sexində 500 manatlıq maaşı olan fəhlənin illik sığorta haqqı 96 manat (ayda 8 manat), 700 manatlıq maaş olduqda isə 134 manat (ayda 11 manat) təşkil edir. Avotoservislərdə isə sığorta haqqı daha yüksəkdir. Aylıq maaşı 500 manat olan çilingərin illik sığorta haqqı 108 manat və ya ayda 9 manat olacaq.
Sığorta olunanın vəzifəsi (statusu)
|
kateqoriyası (fəhlə və ya qulluqçu)
|
aylıqəməkhaqqı (manatla)
|
Sığorta haqqı (manatla)
|
Boya sexində və ya fabrikində çalışan fəhlə
|
fəhlə
|
500,00
|
96,00
|
Boya sexində və ya fabrikində çalışan usta
|
fəhlə
|
700,00
|
134,40
|
Avtotəmir sexində işləyənlər
|
fəhlə
|
500,00
|
108,00
|
Hotel işçiləri və ofisiantlar - 12-30 manat
Son illər Azərbaycanda otel və restoranların sayı artdıqca, burada çalışanların da sayı yükəlməkdədir. Hotel işçiləri, aşpazlar və ofisiantlar ən çox tələb olan peşələrdən sayılır. Bu sahədə risklər böyük olmadığına görə, sığorta haqları da aşağıdır. Belə ki, aylıq maaşı 500 manat olan hotel işçisinn sığortalanmasına ildə 12 manat (ayda cəmi 1 manat), restoranda ofisiant işləyən və maaşı 500 manat olan ofisiantın illik sığortası 30 manata (ayda 2,5 manata) başa gələcək.
Sığorta olunanın vəzifəsi (statusu)
|
kateqoriyası (fəhlə və ya qulluqçu)
|
aylıqəməkhaqqı (manatla)
|
Sığorta haqqı (manatla)
|
hoteldə çalışan işçilər(resepş)
|
Qulluqçu
|
500,00
|
12,00
|
Ofisant işçi
|
fəhlə
|
500,00
|
30,00
|
Həkimlər və tibbi işçiləri – 12-20 manat
İnanmaq olmur, amma olduqca məsuliyyətli bir işlə məşğul olan təbbi işçilərinin sığorta haqqı xeyli aşağıdır. Bu da onların öz həyatları üçün fiziki cəhətdən az risqsiz bir mühitdə işləmələri ilə bağlıdır. Nəticədə, «Qala Həyat» sığorta şirkətinin hesablamalarına görə, aylıq maaşı 800 manat olan həkimlərin illik sığortası 19,2 manata (1,6 manat), maaşı 500 manat olan tibb bacısının illik sığorta haqqı isə 12 manat və ya ayda cəmi 1 manatdır.
Sığorta olunanın vəzifəsi (statusu)
|
kateqoriyası (fəhlə və ya qulluqçu)
|
aylıqəməkhaqqı (manatla)
|
Sığorta haqqı (manatla)
|
Həkimlər
|
qulluqçu
|
800,00
|
19,20
|
Tibb bacıları
|
qulluqçu
|
500,00
|
12,00
|
Satıcılar – 24-30 manat
Azərbaycanda ən geniş yayılan peşə sahiblərindən biri də satıcılardır. Ola bilsin ki, rəsmi göstəricilərdə tam əksini tapmayıb, amma satıcılarda ətrafımızda hər addımda rastlaşırıq. Ərzaq, geyim mağazaları, supermarket işçiləri, ehtiyat hissələri, xırdavat, mebel və sair satış mərkəzlərində 10 minlərlə satıcı çalışır. Satıcı peşəsi az riskli sayıldığına görə, onların illik sığorta haqqı da aşağıdır. Belə ki, «Qala Həyat» sığorta şirkətinin hesablamalarına görə, ərzaq mağazasında ayda 400 manat maaşla işləyən satıcının illik sığorta haqqı 24 manat və ya ayda cəmi 2 manatdır. Geyim mağazasında ayda 500 manata çalışan satıcının illik sığortası isə mağaza sahibinə cəmi 30 manata və ya ayda 2,5 manata başa gələcək.
Sığorta olunanın vəzifəsi (statusu)
|
kateqoriyası (fəhlə və ya qulluqçu)
|
aylıqəməkhaqqı (manatla)
|
Sığorta haqqı (manatla)
|
ekspediter işləyənlər
|
fəhlə
|
500,00
|
30,00
|
geyim mağazasında işləyən satıçı
|
fəhlə
|
500,00
|
30,00
|
ərzaq mağazasında işləyən satıcı
|
fəhlə
|
400,00
|
24,00
|
Sığorta haqlarının təkcə illik deyil, həm də aylar üzrə göstərməyimiz təsadüfi deyil. Bu məbləğlər - ayda cəmi bir neçə manat – göstərir ki, işçiləri, onların həyatını sığortalamaq qətiyyən baha deyil. Bütın iş adamları və şirkətlər öz işçilərinin qayğısına qalmalı və buna ilk növbədə həyat sığortası ilə başlamalıdırlar.
İşçilərin bu sahədə sığortlanması həm işçilər, həm də sahibkarlar üçün vacibdir. Belə ki, hər hansı hadisə baş verərkən işçilər və ya onun ailəsi layiqli kompensasiya alır, iş adamları isə belə hadisə baş verərkən əlavə xərcə düşmür və xərci sığorta şirkəti ödəyir.
Və nəhayət, İnzibati Xətalar Məcəlləsinə əsasən, (Maddə 469. İcbari sığorta müqaviləsinin bağlanmaması) işçilərin sığortalanamasına görə fiziki şəxslər üçün beş yüz manat, vəzifəli şəxslər üçün min beş yüz manat, hüquqi şəxslər üçün isə beş min manat məbləğində cərimə nəzərdə tututulub.