Ana Sayfa > Karusel / Gündəm > Şeyxülislam Allahşükür Paşazadə Çeçenistana getdi 

Şeyxülislam Allahşükür Paşazadə Çeçenistana getdi 


23-08-2021, 10:38. Yazar: Admin

 

Şeyxülislam Allahşükür Paşazadə Çeçenistana getdi - FOTO

Avqustun 22-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Qroznı şəhərinə yola düşüb.

QMİ-dən Qarabaginfo.az-a verilən məlumata görə, səfərin əsas məqsədi bu gün, avqustun 23-də Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırovun anadan olmasının 70-ci ildönümü münasibətilə keçiriləcək tədbirdə iştirak etməkdir.

Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanın paytaxtına gələn Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - RF Şimali Qafqaz regionunun müftiləri ilə görüşüb. Səmimi dostluq şəraitində keçən görüşdə bu gün, avqustun 23-də Çeçenistan Respublikasının birinci prezidenti Əhməd Kadırovun məzarını birgə ziyarət etdikdən sonra Şuranın iclasını keçirmək qərarlaşdırılıb.

 


Geri dön