Ana Sayfa > Karusel / Dünya > Taliblər "Pəncşir Şirinin" oğluna 4 saat vaxt verdi

Taliblər "Pəncşir Şirinin" oğluna 4 saat vaxt verdi


22-08-2021, 18:16. Yazar: Admin

"Taliban" Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət qüvvələrinə bölgəni tərk etmək üçün dörd saat vaxt verib. Bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

TASS xəbər verir ki, "Taliban" dəstələri əyaləti ələ keçirmək üçün əməliyyata başlamağa tam hazırdır.

Bundan əvvəl “Taliban” qüvvələri Pəncşir vadisi ilə qonşu Baqlan vilayətində Əhməd Məsudun qüvvələrinin nəzarətinə keçən rayonlardan birini geri qaytarıb. Bildirilir ki, təxminən 3 minə yaxın “Taliban” yaraqlısı ağır silahlarla təchiz edilmiş “pikap”larda Baqlan vilayətinin Andarab rayonuna daxil olub və Məsudun qüvvələri döyüşmədən geri çəkilib. Lakin Andarabda “Taliban”a qarşı müqavimət hərəkatına başçılıq edən komandir tərəfdarlarını rayonu geri almaq üçün səfərbərliyə çağırıb.

virtualaz.org


Geri dön