Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Vaksin olunanlardan neçə faizinin yoluxduğu açıqlandı
Ana Sayfa > Karusel / Səhiyyə > Vaksin olunanlardan neçə faizinin yoluxduğu açıqlandı

Vaksin olunanlardan neçə faizinin yoluxduğu açıqlandı


21-08-2021, 20:52. Yazar: Admin

Uşaqlara vurulan bir neçə peyvənd bir inyeksiya ilə əvəzlənə bilər - BBC News Azərbaycanca

Azərbaycanda vaksin olunanlar arasında 0,6 faiz yoluxma halı müşahidə olunub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı TƏBİB-in idarə Heyətinin sədri Ramin Bayramlı özünün tvitter hesabında paylaşıb.

"Sağlamlığımızı qorumaqda, peyvənd olunmaqda qərarlı olduğumuz müddətcə ürəkaçıcı nəticələrə birlikdə şahid olacağıq", - deyə R.Bayramlı paylaşımında qeyd edib.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 6 milyon 110 min 185, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 milyon 667 min 494, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 milyon 442 min 691 təşkil edir.


Geri dön