Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Əşrəf Qəninin qardaşı “Taliban”a qoşulub
Ana Sayfa > Karusel / Dünya > Əşrəf Qəninin qardaşı “Taliban”a qoşulub

Əşrəf Qəninin qardaşı “Taliban”a qoşulub


21-08-2021, 15:15. Yazar: Admin

 

Əşrəf Qəninin qardaşı “Taliban”a qoşulub

Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəninin qardaşı Həşmət Qəni “Taliban” hərəkatına qoşulub.

Qarabaginfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə hərəkat nümayəndələri bəyan ediblər.

“Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəninin qardaşı Həşmət Qəni Xəlil Əl-Rəhman Hakkaninin iştirakı ilə İslam Əmirliyinə sədaqət andı içib”, - bəyanatda deyilir.

Qeyd edək ki, Xəlil Əl-Rəhman Hakkani “Taliban”la sıx əməkdaşlıq edən “Hakkani şəbəkəsi” terror qruplaşmasının yüksək vəzifəli üzvüdür. Avqustun 21-də onun Kabildə Əfqanıstanın sabiq baş naziri, Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyarla görüşdüyü bildirilir.(Report)


Geri dön