Ana Sayfa > Karusel / Hadisə > DİN-dən qazinin üç qardaş tərəfindən döyülməsi xəbərinə - Reaksiya

DİN-dən qazinin üç qardaş tərəfindən döyülməsi xəbərinə - Reaksiya


20-08-2021, 21:27. Yazar: Admin

Karantin qaydalarını pozan məktəb direktoru və qəzet redaktoru cərimələndi - FOTO

Avqustun 12-də Gədəbəy Rayon Polis Şöbəsinə rayonun Böyük Qaramurad kənd sakini, Vətən Müharibəsi Qazisi Rauf İmanov həmkəndliləri Amin, Asim və Aliq İsmayılov qardaşları tərəfindən döyülməsi barədə məlumat daxil olub. 

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə, faktla bağlı RPŞ-də müvafiq araşdırmalar başlanılıb, tibbi ekspertiza təyin edilib. Ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.


Geri dön