Ana Sayfa > Karusel / Gündəm > Pakistan XİN rəhbəri Əfqanıstana görə Bakıya gəlir
Pakistan XİN rəhbəri Əfqanıstana görə Bakıya gəlir20-08-2021, 16:08. Yazar: Admin |
Pakistanın xarici işlər nazir Şah Mahmud Qureyşi Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün Azərbaycana səfər edəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, səfər Pakistanın Baş naziri İmran Xanın tapşırığı əsasında baş tutacaq.
Pakistanın XİN rəhbəri yerli jurnalistlərə açıqlamasında vurğulayıb ki, Baş nazir İmran Xanın tapşırığı ilə Aşuradan sonra Özbəkistan, Tacikistan, Azərbaycan və İrana səfər edəcək:
"Əfqanıstanda hökm sürən vəziyyəti qonşu ölkələrlə müzakirə edəcəyik və Əfqanıstan probleminin sülh yolu ilə həll edilməsi üçün onlara güvənməklə yanaşı, məsləhətləşəcəyik. Əfqanıstanda dünyanın qəbul edəcəyi bir düzən istəyirik". Geri dön |