Ana Sayfa > Karusel / Gündəm > Bu ilin ilk yarısında Azərbaycan 30 mln. manatlıq vaksin idxal edib

Bu ilin ilk yarısında Azərbaycan 30 mln. manatlıq vaksin idxal edib


20-08-2021, 15:39. Yazar: Admin

 

Bu ilin ilk yarısında Azərbaycan 30 mln. manatlıq vaksin idxal edib

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan insan üçün xaricdən 17,348 mln. ABŞ dolları (29,492 mln. manat) dəyərində 11,46 ton müxtəlif növ vaksinlər idxal edib.

Qarabaginfo.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 2 dəfə, dəyər ifadəsində isə 8,1 dəfə çoxdur.

Qeyd edək ki, dəyər ifadəsində vaksinlərin 81,2%-i (14,089 mln. dollarlıq (23,951 mln.manat), 1,25 ton) Çindən gətirilib. Həcm ifadəsində isə vaksinlərin çoxu (56,4%-i) Hindistandan gəlib. Hesabat dövründə sözügedən ölkə Azərbaycana 1,227 mln. dollar (2,086 mln. manat) dəyərində 6,46 ton insan vaksinləri tədarük edib.


Geri dön