Ana Sayfa > Karusel / Sosial > Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməyin yeni standartlarını hazırlayacaq
Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməyin yeni standartlarını hazırlayacaq20-08-2021, 13:45. Yazar: Admin |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməyin təhlükəsizliyi sahəsində yeni standartların hazırlanması xidmətinin satınalınması üçün açıq tender elan edib. Qarabaginfo.az xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır. İddiaçılar ilkin sənədləri sentyabrın 9-u, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə sentyabrın 17-si, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun böyük məsləhətçi Aydın Məmmədovdur. Telefon: (012) 596-09-44. Nəticələr sentyabrın 20-si, saat 15:00-da Portalda açıqlanacaq. Geri dön |