Ana Sayfa > Karusel / Gündəm > Zaqatalada 3 tona yaxın çətənə kolu məhv edilib

Zaqatalada 3 tona yaxın çətənə kolu məhv edilib


20-08-2021, 12:54. Yazar: Admin
Zaqatalada 3 tona yaxın çətənə kolu məhv edilib

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Yuxarı Tala kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, ümumi çəkisi 3 tona yaxın olan 8468 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Geri dön