Ana Sayfa > Karusel / Səhiyyə > TƏBİB: Randevu götürmədən vaksinasiyaya getmək əlavə problemlər yaradır

TƏBİB: Randevu götürmədən vaksinasiyaya getmək əlavə problemlər yaradır


20-08-2021, 12:25. Yazar: Admin

 

TƏBİB: Randevu götürmədən vaksinasiyaya getmək problem yaradır

“Vətəndaşların randevu götürmədən tibb müəssisələrinə yaxınlaşması problem yaradır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bizim tibbi olaraq istədiyimiz vətəndaşların randevu götürərək gəlməsidir: “Amma təəssüf ki, bu tərəfdən vətəndaşlara basqı edə bilmərik. Vətəndaşlara tövsiyə edirik ki, öncədən randevu götürsünlər, tibb müəsisələrinə tövsiyəmiz odur ki, randevu götürən vətəndaşlara üstünlük versinlər”.


Geri dön