Ana Sayfa > Karusel / Gündəm > DİN karantin qaydalarına riayət etməklə bağlı vətəndaşlara çağırış edib

DİN karantin qaydalarına riayət etməklə bağlı vətəndaşlara çağırış edib


20-08-2021, 11:31. Yazar: Admin

 

Daxili İşlər Nazirliyi işçi axtarır | Report.az

“Bugünkü brifinqdə heç bir məhdudiyyətdən söhbət getmədi. Qaydalar qüvvədə saxlanılır”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.

O xatırladıb ki, qarşıdan tədris ili gəlir, dərslər başlayacaq.

“Tədrisin əyani formada davam etdirilməsi üçün hər bir vətəndaş məsuliyyətli olmalıdır. Heç bir məsələdə güzəştə getməməliyik”, - deyə DİN rəsmisi vurğulayıb.

E. Hacıyev dövlət qurumlarının işini ağırlaşdırmamaq üçün vətəndaşları diqqətli olmağa çağırıb.


Geri dön