“Mən az əvvəl Priştinadakı müdafiə nazirinin sorğusunu görmüşəm, xahiş edir ki, Gürcüstan, Ukrayna, Azərbaycan və daha bir neçə ölkə Kosovonun müstəqilliyini tanısın. Yaxşı ki, bu haqda bizi məlumatlandırıblar, sağ olsunlar”,-Serbiyanın RTC telekanalı Vuçiçdən sitat gətirir.
Prezident qeyd edib ki, Priştinanın bu hərəkəti Vaşinqton razılaşmasına ziddir, eyni zamanda Belqradın “əl-qolunu açır” və indi Serbiya anlayır ki, hansı istiqamətdə hərəkət etmək lazımdır.
“Onlar bu şəkildə bizə istiqamət göstəriblər və biz öz işimizi görəcəyik”,-Vuçiç bildirib.
Vaşinqton razılaşmasına əsasən 2021-ci il sentyabrın 1-nə qədər Priştina Kosovonu tanımaq üçün yeni dövlətlərə müraciət etməyəcək. Əvəzində Belqrad separatçı bölgənin tanınmasının ləğv edilməsinə dair fəaliyyətini dayandıracaq. Kosovonun müstəqilliyini ABŞ başda olmaqla bir sıra qərb ölkələri tanıyıblar, amma Serbiya bu bölgəni öz ərazisi hesab edir.
Azərbaycana gəldikdə isə rəsmi Bakı həmişə Serbiyanın ərazi bütövlüyünü tanıyıb və Belqradla yaxşı münasibətlərə malikdir. Bu baxımdan Azərbaycanın Kosovonun müstəqilliyini tanımasından söhbət gedə bilməz.
virtualaz.org