Ana Sayfa > Karusel / Hadisə > Ev sahibi yüz ildir bağlı qalan çardaqdan nə tapdı...

Ev sahibi yüz ildir bağlı qalan çardaqdan nə tapdı...


19-08-2021, 23:01. Yazar: Admin

ABŞ-ın Nyu-York ştatında maraqlı hadisə baş verib. 2020-ci ilin dekabr ayında vəkil Devid Uitkomb öz firmasının ofisini yerləşdirmək üçün köhnə üç mərtəbəli ev alıb. Otaqlara baxarkən, vəkil yuxarı mərtəbədəki otaqların birində tavanın altında çardağa girişin gizlədildiyini görüb. Həmin çardağın varlığı haqqında nə o, nə də ondan əvvəlki ev sahibi heçnə bilmirdi. Çardağın qapısı açılanda vəkil gözlərinə inanmayıb. Burada ən azı yüz il bağlı qalmış fotostudiya, yüzlərlə məktub, XX əsrin əvvəlinə aid nadir şəkillər var idi. Çardaqda tapılan məktubların və bağlamaların üstündə qeyd olunan ünvanları gördükdə məlum olub ki, onlar 1892-1920-ci illər arasında  işləmiş fotoqraf Ceyms Elleri Heyla məxsus idi. Bu yaxınlarda tapıntılar hərraca çıxarılacaq. Bu barədə Lenta.ru “Democrat & Chronicle” qəzetinə istinadən yazır.

Ekspertlərin fikrincə, tapılmış əşyaların ümumi dəyəri 100 min dollara yaxındır. Bu əşyaların arasında ən qiymətlisi - 1905-ci ildə Heyl tərəfindən yaradılmış məşhur sufrajist Syuzen Entoninin portretidir. Onun hərracda start qiyməti beş min dollar olacaq

virtualaz.org


Geri dön