Ana Sayfa > Karusel / İdman > Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiq olunacağı tarix dəqiqləşib

Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiq olunacağı tarix dəqiqləşib


19-08-2021, 14:22. Yazar: Admin

 

Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiq olunacağı tarix dəqiqləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiq ediləcəyi vaxt bəlli olub.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə AFFA-nın İcraiyyə Komitəsi qərar çıxarıb.

Qərara əsasən, Premyer Liqada VAR-la bağlı tender sənədlərinə uyğun olaraq müvafiq hüquqi prosedurların icrasına başlanılacaq. 2021/2022-ci il mövsümünün qış fasiləsindən sonra VAR sisteminin tətbiqi nəzərdə tutulur.

Sentyabrın 1-dən isə Premyer Liqa hakimləri ilə əlaqədar “Peşəkar hakim” sistemi tətbiq olunacaq.


Geri dön