Ana Sayfa > Karusel / Gündəm > Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir 

Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir 


19-08-2021, 12:29. Yazar: Admin

 

Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir - <span class="red_color">VİDEO

 


Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, məşqlər zamanı çətin relyefli ərazidə şərti düşmənin qurduğu mühəndis maneələrindən piyada və döyüş texnikası üçün keçidlər açılır, kolon yolları hazırlanır, maneələr üzərində körpülər qurulur.
Hərbi mühəndislər taktiki-xüsusi məşqlər zamanı qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir.


Geri dön