Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Türkiyəyə göndərilən sonuncu qrup Bakıya qayıtdı - Video
Türkiyəyə göndərilən sonuncu qrup Bakıya qayıtdı - Video19-08-2021, 10:43. Yazar: Admin |
Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri avqustun 16-dan etibarən hissə-hissə Azərbaycana qayıdıb. FHN-dən Qarabaginfo.az-a verilən məlumata görə, FHN-in xüsusi texnika və canlı qüvvəsindən ibarət sonuncu qrup da bu gün səhər saatlarında ölkə ərazisinə daxil olub. Hazırda həmin qüvvələr daimi dislokasiya yerlərinə doğru istiqamət alıb. Xatırladaq ki, FHN-in yanğın-xilasetmə qüvvələrinin ilk iki qrupu təyyarə avqustun 16-da geri qayıdıb. Geri dön |