Ana Sayfa > Karusel / Təhsil > Valideynlər məcburi peyvənd olunmalıdır? - Təhsil Nazirliyindən REAKSİYA

Valideynlər məcburi peyvənd olunmalıdır? - Təhsil Nazirliyindən REAKSİYA


18-08-2021, 17:54. Yazar: Admin

“Son vaxtlar bizə sorğu, telefon zəngi ilə müraciət edən jurnalist həmkarlarımızın əksəriyyəti eyni sualı soruşurlar - məktəblərə valideynlərin peyvənd olunması ilə bağlı tapşırıq verilibmi?”.

Qarabaginfo.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib.

O qeyd edib ki, məktəblərə valideynlərin peyvənd olunması ilə bağlı tapşırıq verilməsi barədə xəbər həqiqəti əks etdirmir:

“Cavab budur ki, xeyr, tapşırıq verilməyib. Ancaq suala cavab verilərkən, həm də “bəli” demək istərdik.

Niyə? Ona görə ki, yeni tədris ilində məktəb təkcə peyvənd olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır. Bu belə deyilmi!?”,-deyə C.Valehov əlavə edib.  


Geri dön