Ana Sayfa > Karusel / İdman > “Çelsi”nin hücumçusu “Beşiktaş”a keçdi

“Çelsi”nin hücumçusu “Beşiktaş”a keçdi


18-08-2021, 15:08. Yazar: Admin

“Çelsi”nin hücumçusu “Beşiktaş”a keçdi

"Çelsi"nin hücumçusu Mişi Batşuayinin “Beşiktaş”a keçidi rəsmiləşib.

Qarabaginfo.az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu London təmsilçisindən 1 illik icarəyə götürülüb.

Qeyd edək ki, Belçika yığmasının üzvü 2016-cı ildən “Çelsi”də çıxış edir. O, “Borussiya” (Dortmund), “Valensiya” və “Kristal Pelas” klublarına da icarə əsasında oynayıb.


Geri dön