Ana Sayfa > Karusel / Gündəm > Kabildə ABŞ helikopteri atəş açdı, 3 nəfər öldü

Kabildə ABŞ helikopteri atəş açdı, 3 nəfər öldü


17-08-2021, 17:21. Yazar: Admin

 

Kabil şəhərində atışma zamanı 3 nəfər həlak olub.

 

ABŞ-a məxsus helikopter paytaxtın Deh-Dabz adlı ərazisinin üzərindən uçarkən atəş açıb.

 

Məlumata əsasən, insident zamanı daha 10 nəfər xəsarət alıb. Atəşin hansı səbəbdən açıldığı haqda əlavə detal yoxdur.  

 

Kabildə olan ABŞ nümayəndələri də məsələ ilə bağlı hələ açıqlama verməyib.

 


Geri dön