Ana Sayfa > Karusel / İdman > Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bürünc medal qazana bilər
Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bürünc medal qazana bilər17-08-2021, 17:14. Yazar: Admin |
Azərbaycanın daha 5 güləşçisi Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında mübarizəyə başlayıb. Qarabaginfo.az-ın məlumatına görə, onlardan heç biri finala vəziqə qazana bilməyib. 61 kq çəki dərəcəsindəki Əbülfəz Nəsirov ilk mərhələdə Qazaxıstandan olan Salamat Malikovu məğlub edib. 1/8 finalda Özbəkistan güləşçisi Ümidcan Cəlalova qalib gələn idmançı yarımfinalın bir addımlığında iranlı Rəhman Amuzadxəlili ilə bacarmayıb. Rəqib finaladək irəlilədiyi üçün Əbülfəz təsəlliverici görüşə çıxacaq. 74 kq-da yarışan Turan Bayramov 1/8 finalda almaniyalı Stas Volfu vaxtından əvvəl məğlub edib. ABŞ təmsilçisi Kiqan Otoole ilə qarşılaşmada 5:1 öndə olsa da, yekunda rəqibinə uduzub. Otoolenin finala çıxması Bayramova təsəlliverici görüşdə iştirak hüququ verib. 86 kq-da Saqadulla Ağayev debütdə qırğızıstanlı Samatbek Uuluya qalib gəlsə də, növbəti mərhələdə Fransanı təmsil edən Rahim Məhəmmədova yenilib. Rəqibin finala yüksəlməsi milli üzvünə bürünc medal qazanmaq şansı verib. 92 kq-da çıxış edən Abdulcəlil Şabanov startda moldovalı Dmitri Duskovdan güclü olub. Lakin 1/8 finalda rusiyalı İvan Kirillov keçilməz olub. 61 kq 74 kq 86 kq 92 kq 125 kq Geri dön |