Oğuz rayonunda baş verən meşə yanğınının söndürülməsinə helikopter cəlb olunub.
Qarabaginfo.az xəbər verir ki, bu gün günorta saatlarında Oğuz rayonu Xaçmaz kəndi ərazisində başlayan yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 1 helikopteri yanğının söndürülməsi üçün əraziyə göndərilib.
Hazırda davam edən yanğının söndürülməsi üçün təxirəsalınmaz işlər aparılır.