“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən komandalar püşkatmaya əsasən idarə edəcəkləri tankları qəbul edərək onlara baxış keçirib.
Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Tank heyətləri və texniki dəstək qrupu döyüş maşınlarının mühərrikləri, idarəetmə sistemləri və rabitə vasitələrinin texniki vəziyyətini yoxlayıb.
Qeyd edək ki, Azərbaycan tankçıları avqustun 24-də Belarus, Qazaxıstan və Serbiyadan olan tank heyətləri ilə yarışacaq.
Müsabiqə sentyabrın 4-dək davam edəcəkdir.