Ana Sayfa > Karusel / Gündəm > Çimərlikdə olarkən maşınından 35 minlik saat oğurlandı

Çimərlikdə olarkən maşınından 35 minlik saat oğurlandı


17-08-2021, 15:05. Yazar: Admin

 

Çimərlikdə olarkən maşınından 35 minlik saat oğurlandı

 

Avqustun 7-də Mərdəkan qəsəbə çimərliyində oğurluq baş verib.  

Daxili İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, hadisə zamanı bir nəfərin çantasından 2000 manat pul, 3000 manat dəyərində 2 ədəd mobil telefon, ona məxsus “BMW” markalı avtomobildən 35000 manat dəyərində qızıl saat və 5000 manat dəyərində mobil telefon oğurlanıb. 

Şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılıb. 


Geri dön