Ana Sayfa > Karusel / Region > Solovyovun erməni arvadının xəyanəti - Azərbaycanlı vəkilin şok iddiasına telejurnalistin cavabı
Solovyovun erməni arvadının xəyanəti - Azərbaycanlı vəkilin şok iddiasına telejurnalistin cavabı16-08-2021, 17:11. Yazar: Admin |
Rusiyalı aktyor Mixail Yefremovun azərbaycanlı keçmiş vəkili Elman Paşayev və rusiyalı teleaparıcı Vladimir Solovyov söz duelinə çıxıblar. Qarabaginfo.az “Ura.ru”ya istinadla xəbər verir ki, Elman Paşayev telejurnalist haqqında təhqiramiz ifadələr işlədib. Onun sözlərinə görə, Vladimir Solovyov Azərbaycanı bircə səbəbə görə tənqid edir. Vəkil iddia edir ki, Solovyov erməni qadınla evlidir və arvadı bir azərbaycanlı ilə ona xəyanət edib. Telejurnalist artıq bu ittihamlara cavab verib. Solovyov bütün arvadları ilə əla münasibətdə olduğunu bildirib. Onun sözlərinə görə, keçmiş arvadları arasında milliyyətcə erməni olanı yoxdur və heç kim ona xəyanət etməyib. "Paşayev bədbəxt adamdır, bu çox gülməli iddiadır", - deyə tejurnalist əlavə edib. Paşayevin qalmaqallı açıqlamaları Azərbaycanın “Eurasiadiary” telekanalında yayımlanıb. Vəkil onu da vurğulayıb ki, azərbaycanlı ilə intim əlaqədən sonra ev sahibinin arvadı guya ərinin "kişi olmadığını" anlayıb. Vladimir Solovyov 3 dəfə evlənib. Onun həyat yoldaşları Olqa, Yuliya və Elqa olub. 2001-ci ildən sonuncu – Elqa Sapp ilə evlidir. Güman ki, qadının eston və ya alman mənşəyi var. (Yenisabah.az) Geri dön |