Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Paralimpiya Oyunları azarkeşsiz keçiriləcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Təşkilat Komitəsi qərar çıxarıb.
Ölkədəki koronavirus pandemiyası ilə bağlı vəziyyət nəzərə alınaraq bu addım atılıb.
Paralimpiada üçün 700 min bilet satılıb. Biletlərə xərclənən vəsait alıcılara qaytarılacaq.
Qeyd edək ki, paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək. Avqustun 8-də başa çatan Tokio olimpiadası azarkeşlərin iştirakı olmadan keçirilib.