Ana Sayfa > Karusel / Hadisə > Bakıda montyor elektrik cərəyanı vurması nəticəsində ölüb, prokurorluq araşdırmalara başlayıb

Bakıda montyor elektrik cərəyanı vurması nəticəsində ölüb, prokurorluq araşdırmalara başlayıb


16-08-2021, 09:54. Yazar: Admin

 

Bakıda montyor elektrik cərəyanı vurması nəticəsində ölüb, prokurorluq araşdırmalara başlayıb

Avqustun 14-ü saat 11 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin İstismar Şöbəsinin elektrik-montyoru Mütafil Məmmədov qeyd edilən ərazidə elektrik dirəyinə çıxaraq elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Geri dön