Ana Sayfa > Karusel / İdman > Azərbaycan Premyer Liqası: "Qarabağ" "Zirə"yə, son çempion "Qəbələ"yə qarşı
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Zirə"yə, son çempion "Qəbələ"yə qarşı15-08-2021, 08:22. Yazar: Admin |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulacaq. Qarabaginfo.az xəbər verir ki, son oyun günündə də iki qarşılaşma keçiriləcək. Günün ilk matçı Zirədə yerli komanda ilə ötən mövsümün gümüş mükafatçısı "Qarabağ" arasında olacaq. Görüş saat 18:00-da start götürəcək. İki kollektiv ölkə çempionatında 23 dəfə üz-üzə gəlib. Bu oyunların 16-sı "köhlən atlar"ın xeyrinə başa çatıb. "Qartallar" isə indiyədək qələbə qazana bilməyib. 7 qarşılaşma heç-heçə başa çatıb. Qolların nisbətində də Ağdam klubunun aşkar üstünlüyü var - 49-11. “Qarabağ” son üç səfər oyununda top buraxmayıb. Tura son çempion "Neftçi"nin oyunu ilə yekun vurulacaq. "Ağ-qaralar" "Bakcell Arena"da "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. Matçın start fiti saat 20:00-da veriləcək. Bu, komandaların Premyer Liqada 52-ci görüşü olacaq. Əvvəlki 51 oyunun 24-də paytaxt klubu, 16-da əyalət təmsilçisi qalib gəlib. 11 oyunda isə bərabərlik qeydə alınıb. Flaqmanın vurduğu 75 qola, "qırmızı-qaralar" 62 topla cavab veriblər. “Qəbələ” son 9 matçda qalib gələ bilməyib. “Neftçi” 16 oyunda meydanı qolsuz tərk etməyib. Azərbaycan Premyer Liqası I tur 15 avqust (bazar) 18:00. “Zirə” – “Qarabağ” 20:00. “Neftçi” –“ Qəbələ” Qeyd edək ki, turun ilk oyun günündə "Sabah" "Səbail"i, "Keşlə" "Sumqayıt"ı qəbul edib.(Report) Geri dön |