Ana Sayfa > Karusel / Region > Türkiyədə sel qurbanlarının sayı 31 nəfərə çatıb

Türkiyədə sel qurbanlarının sayı 31 nəfərə çatıb


13-08-2021, 20:33. Yazar: Admin

 

Türkiyədə sel qurbanlarının sayı 31 nəfərə çatıb

Türkiyənin şimal rayonlarında sel fəlakəti nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Qarabaginfo.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə məlumat yayıb.

Bildirilib ki, sel fəlakətindən Kastamonu vilayətində 29, Sinopda 2 nəfər sel fəlakətinin qurbanı olub.

Bartında itkin düşən bir nəfərin isə axtarışları davam edir.


Geri dön