Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycanda daha 1 769 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb
Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda daha 1 769 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb

Azərbaycanda daha 1 769 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb


13-08-2021, 16:43. Yazar: Admin

 

Azərbaycanda daha 1 769 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 769 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 361 501 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 669 nəfər müalicə olunaraq sağalıb, 5 125 nəfər vəfat edib. 18 707 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 945, bu günə qədər isə ümumilikdə 4 178 108 test icra olunub.


Geri dön