Ana Sayfa > Karusel / Gündəm > Evinə 100 nəfərdən çox qonaq çağıran cərimələndi - Fotolar
Evinə 100 nəfərdən çox qonaq çağıran cərimələndi - Fotolar13-08-2021, 12:53. Yazar: Admin |
Balakəndə pandemiya dövrünün tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb. DİN-in mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayonun İtitala kənd sakini Hacı Babayevə məxsus evin həyətində keçirilən toy mərasimində 100 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən edilib. Sanitar-karantin qaydalarını pozan toy sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.
Geri dön |