Ana Sayfa > Karusel / Gündəm > İsmayıllıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

İsmayıllıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb


13-08-2021, 11:19. Yazar: Admin

 

İsmayıllıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə ev şəraitində müalicə alan koronavirus xəstəsi, rayonun İvanovka kənd sakini İvan Prokofyevin infeksiyanın yayılmasına şərait yaratdığı müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 virusunun daşıyıcısı olan həmin şəxsə xəbərdarlıq edilməsinə baxmayaraq o, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən həmin şəxs kənd ərazisində hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön