Ana Sayfa > Karusel / İdman > "Qarabağ" və "Neftçi"nin avrokubok oyunlarının başlama saatı açıqlanıb
"Qarabağ" və "Neftçi"nin avrokubok oyunlarının başlama saatı açıqlanıb13-08-2021, 08:27. Yazar: Admin |
"Qarabağ" və "Neftçi"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki hər iki oyununun başlama saatı açıqlanıb. Qarabaginfo.az xəbər verir ki, Ağdam klubunun Şotlandiya "Aberdin"i ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi ilk görüş saat 20:00-da, cavab matçı isə Bakı vaxtı ilə 22:45-də başlayacaq. "Neftçi" birinci qarşılaşmanı evdə oynayacaq. İsrailin "Makkabi" (Hayfa) klubu ilə hər iki matçın başlama saatı 21:00-dır. Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 17-si və 26-da olacaq. Geri dön |