Ana Sayfa > Karusel / Siyasət > Rusiya DİN sabiq səfir İsfəndiyar Vahabzadənin ölkəyə girişini qadağan edib

Rusiya DİN sabiq səfir İsfəndiyar Vahabzadənin ölkəyə girişini qadağan edib


13-08-2021, 01:21. Yazar: Admin

Rusiya DİN sabiq səfir İsfəndiyar Vahabzadənin ölkəyə girişini qadağan edib - <span class="red_color">VİDEO - <span class="red_color">YENİLƏNİB 

Rusiya Daxili İşlər Nazirliyi Azərbaycanın Belarus, Moldova və Pakistandakı keçmiş səfiri İsfəndiyar Vahabzadənin 50 il müddətinə Rusiya ərazisinə girişinə qadağa qoyulması haqqında qərar qəbul edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya DİN-in mətbuat xidməti məlumat yayıb.

“Bu gün Qazaxıstan vətəndaşı Kuat Axmetov və Azərbaycan vətəndaşı İsfəndiyar Vahabzadənin 50 il müddətinə Rusiya Federasiyasına girməsinə icazə verilməməsi ilə bağlı qərarlar qəbul edilib”, deyə nazirlikdən bildirilib.

O da vurğulanıb ki, Rusiyaya, onun vətəndaşlarına və xaricdə yaşayan həmvətənlərinə qarşı arzuolunmaz hərəkətlərə çağırış edən əcnəbi vətəndaşlar ictimai asayişi və təhlükəsizliyi təhdid edə biləcəyi üçün ölkəyə buraxılmayacaq.


Geri dön