Ana Sayfa > Karusel / Gündəm > Gürcüstanda ictimai nəqliyyat da işləməyəcək

Gürcüstanda ictimai nəqliyyat da işləməyəcək


12-08-2021, 17:43. Yazar: Admin

 

Gürcüstanda ictimai nəqliyyat da işləməyəcək

 

Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qarabaginfo.az xəbər verir ki, ölkənin koronavirusa qarşı mübarizə üzrə Qurumlararası Qərargahının iclasında bununla bağlı qərar qəbul edilib. Qərara əsasən, ölkədə avqustun 14-dən sentyabrın 4-nə qədər ictimai nəqliyyat işləməyəcək.

“Festival, konsert və idman yarışlarının keçirilməsi qadağan olunacaq. Beynəlxalq mərkəzlərdən başqa, uşaq əyləncə mərkəzlərinin fəaliyyətinə də icazə verilməyəcək. Restoran və kafelər isə axşam 23:00-a qədər işləyəcək”,- deyə məlumatda qeyd olunub.

Bundan əlavə, dövlət və özəl sektora əməkdaşlarını distant iş qaydasına keçirmək tövsiyə edilib.

Qeyd edək ki, avqustun 10-dan Gürcüstanda açıq havada maskadan istifadə məcburi olub. 


Geri dön