Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda daha 2674 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb
Azərbaycanda daha 2674 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb12-08-2021, 15:16. Yazar: Admin |
Azərbaycanda bu gün koronavirus infeksiyasına 2674 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər dünyasını dəyişib. İndiyədək ölkədə ümumilikdə 359 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 021 nəfər müalicə olunaraq sağalıb, 5 109 nəfər vəfat edib, aktiv xəstə sayı 17602 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 575, ötən müddət ərzində isə ümumilikdə 4 164 163 test aparılıb. Geri dön |