Ana Sayfa > Karusel / Gündəm > DÇ-2022: Azərbaycan millisinin oyunları tamaşaçısız keçiriləcək

DÇ-2022: Azərbaycan millisinin oyunları tamaşaçısız keçiriləcək


12-08-2021, 10:32. Yazar: Admin

 

DÇ-2022: Azərbaycan millisinin oyunları tamaşaçısız keçiriləcək

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrda keçirəcəyi oyunları tamaşaçısız olacaq.

Qarabaginfo.az BBC-yə istinadən xəbər verir ki, bu barədə UEFA və FİFA qərar verib.

 

Adıçəkilən qurumlar koronavirus pandemiyası ilə əlaqədar gələn ay Avropada seçmə mərhələ matçlarının boş tribunalar önündə keçirilməsini məqsədəuyğun sayıb. Oktyabr və noyabrdakı qarşılaşmalarla bağlı isə müzakirə aparılacaq.

 

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda yer alan millimiz sentyabrın 1-də Lüksemburqun, 4-də İrlandiyanın qonağı olacaq, 7-də isə Portuqaliyanı qəbul edəcək.


Geri dön