Ana Sayfa > Karusel / Gündəm > Yerevanda hərbi hissədə yanğın baş verib

Yerevanda hərbi hissədə yanğın baş verib


12-08-2021, 10:17. Yazar: Admin
<strong>Yerevanda hərbi hissədə yanğın baş verib</strong>

Yerevanın Arşakunyats prospekti yaxınlığındakı Müdafiə Nazirliyinin anbarlarında yanğın baş verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Hadisə barədə məlumat avqustun 11-də, saat 18:00-da daxil olub.

Qeyd edilib ki, N saylı hərbi hissənin ərazisində təxminən 2,5 hektar ot örtülü sahə, 150 taxta pəncərə çərçivəsi və 15 ədəd kötük yanıb. Qazet.az


Geri dön