Ana Sayfa > Karusel / Təhsil > Bu gündən məktəbəhazırlıq üçün məktəb seçimi başlayır

Bu gündən məktəbəhazırlıq üçün məktəb seçimi başlayır


12-08-2021, 10:14. Yazar: Admin

 

Bu gündən məktəbəhazırlıq qruplarında təhsil alanlar üçün məktəb seçimi başlayır

Bu gün saat 11:00-dan məktəbəhazırlıq qruplarına elektron qeydiyyatdan keçmiş valideynlər (digər qanuni nümayəndələr) məktəb seçimi edə bilərlər.

Təhsil Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.


Geri dön