Ana Sayfa > Karusel / Gündəm > Qubada yol qəzası olub, ölən var

Qubada yol qəzası olub, ölən var


12-08-2021, 10:12. Yazar: Admin

 

Qubada yol qəzası olub, ölən var

Qubada yük maşını minik avtomobili ilə toqquşub.

Qarabaginfo.az-ın xəbərinə görə, hadisə Bakı-Quba yolunun İsnovqışlaq kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, "Shachman" markalı yük avtomobili ilə"NİVA" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alan rayonun İkinci Nügədi kənd sakini Əmrulla Sədulla oğlu Əfəndiyev xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, o, xəstəxanada ölüb.

Hadisə yerinə FHN-nin xilasetmə Dövlət Yanğından Mühafizə Hissəsinin Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.Report


Geri dön