Rusiya müdafiə naziri Sergey Şoyqu və ABŞ müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.
Qarabag"RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə ABŞ müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub. Tərəflər strateji sabitlik üzrə ikitərəfli məsləhətləşmələrin nəticələri, eləcə də qlobal və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər", -deyə Rusiya Müdafiə Nazirliyin məlumatında qeyd olunub.
Pentaqon isə bildirib ki, nazirlər arasında telefon danışığının məqsədi strateji sabitliklə bağlı dialoqun bərpasından sonra şəffaflığın təmin edilməsi və risklərin azaldılması səylərini dəstəkləməkdir.(Apa)